Anar Amin-Vaxtında vaxtı yoxdu (esse)
(Esse)
Hər şey vaxtında gözəldi dedin mənə vaxtın dəyərini vaxtında qiymətləndirib, gözəlliyi vaxtında görə bilmədik
Yatdıq… birdə onda ayılıb gördük vaxt gəlib aramızdan keçib gedib.
Sən vaxtın o tayında qalmısan, mən bu tayında. Heç birimiz düşünmədik ki, ömür bizə verilən vaxtdır. Read the rest of this entry »
Oxunma sayı: 138VAHİD AZƏRBAYCANA DOĞRU
Tarix boyu müxtəlif xalqlar təcavüzkar ölkələrin şəxsi mənafelərinin qurbanı olaraq bir sıra ədalətsiz qərarlarının acısını çəkməyə məhkum olmuşdular. Bir xalq üçün ən böyük faciələrdən biri isə ayrı-ayrı hissələrə bölünmək və bu ayrılığın vüsal həsrəti ilə yaşamaqdır. Belə ədalətsiz hadisələrin tarix boyu dəfələrlə şahidi olmuşuq. Polşa, Koreya, Vyetnam, Almaniya və s. ölkələrin adını çəkmək olar ki onlar da nəhayət ki öz nicatlarına qovuşmuş və çox az hissəsi (Koreya) buna nail olmaq üzərədirlər. Fəqət bir xalq da vardır ki tarix heç də onun üzünə gülmür ki, gülmür – bu Azərbaycandır. Nəinki dünya ictimaiyyəti hətta bir çox dünya tarixçiləri təəssüflər olsun ki bu haqda məlumatsız və ya az məlumatlıdırlar. Fəqət Araz çayının o tayında və bu tayında (Guzeyində və Güneyində) yaşayan oğuz soylu, türk mənşəli xalq bu acı taleyi unutmur və heç bi zaman bununla barışmır. Buna bariz nümunə isə zaman-zaman hər iki tərəfdə bu birliyə doğru atılan ümummilli addımlardır. Hansılar haqda ki biz məqalədə qısa da olsa toxunacayıq. Read the rest of this entry »
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun doğum günüdür.
Vüqar Mirəzbər oğlu Mürsəlov 1963-cü il martın 10-da Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 1991-ci ildən başlayaraq Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində Füzuli, Xanlar, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə bölgələrində rəşadətlə vuruşub. 1992-ci il iyunun 9-da Tərtər rayonu Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Read the rest of this entry »
Rauf İbrahimli – Ən böyük düşmənimiz unutqanlığımızdır.
Hər kəsin bir evi var. Evimizin sahibi özümüz olarıq, orada söz də, sahiblik də bizə aid olar. Ancaq bir ev var ki, o hamımızındır. O ev olmasa nə evimiz ev, nə də biz biz olarıq. Bəs o evə sahiblik edə bilirik? Təssüf ki, yox. O evə sahib olmağı bacarmadıqca evimizə, bizə sahib etmək istəyənlər başqalarını gətirər. Yaşamaq üçün evinə gətirilənlər vaxt gələr bizim evdən özünə ev düzəldər. Read the rest of this entry »
Hüseyn Nihal Atsız – TÜRK MƏFKURƏSİ
Dünya bir çarpışma yeridir. Yaradıcı güc, dünyanı bir çarpışma düzəni içində yaratmış, yaradılanlar çarpışma düzəni içində yaşayıb bu günə çatmışlar.
Bunun, nədən, niyə belə olduğu haqqındakı yüksək fəlsəfi düşüncələri bir yana qoyub gerçəyi olduğu kimi qəbul etsək, çarpışmaya hazır olmanın ən həyati məsələ olduğu sonucuna özlüyündən varmış olarıq.
İnsanlar arasındakı çarpışma, birləşib düzənə girmiş topluluqlar arasında olur. Bu topluluqlara ulus(millət) deyirik. Uluslar minlərcə ildən bəri var. Acımasız boğuşmalarda bəziləri ortadan qalxmış, bəziləri sonradan qurulmuş, ancaq uluslar həmişə var olmuş, həmişə bir-birləri ilə savaşmışdır.
Savaşmaq, yaşamaq üçün gərəklidir. Çünki,milli çıxar (mənfəət) üstündəki qarşıdurmaları bitirmək üçün savaşdan başqa yol tapıla bilinməmişdi. Ulusları savaşa hazır saxlayan iki vasitə var. Biri maddidir, buna “texnika” deyirik. Biri ruhidir, ”məfkurə” adını veririk. Read the rest of this entry »
Dünya dahilərinin türklər haqqında fikirləri
Hz. Məhəmməd Peyğəmbər
1. “Mənim türk adlı bir ordum vardır”.
2. “Türklər sizə toxunmayınca siz də onlara toxunmayın”.
3. “Türk dilini öyrənin! Belə ki, onların hakimiyyəti uzun sürəcək”.
Mustafa Kamal Atatürk (1881-1938)
1. “Nə mutlu türkəm deyənə!”.
2. “Dünya üzərində türkdən daha böyük, ondan daha qədim, ondan daha təmiz bir millət yoxdur və bütün insanlıq tarixində görünməmişdir!”.
3. “Türkə yurdluq etməmiş bir qitə yoxdur”. Read the rest of this entry »
Bəxtiyar Vahabzadənin yaradıcılığında Milli istiqlal düşüncəsi
Mehman Həsən
BDU-nun I kurs magistrantı
Salaq yadımıza bu gün cahanın
Rəngləri dəyişən beş qitəsini
Biz də görəcəyik Azərbaycanın
Güneyli, Qüzeyli xəritəsini
XX əsr vahid türk bədii düşüncəsinin, ictimai fikrinin formalaşmasında Bəxtiyar Vahabzadə mühüm rol oynayır. Bəxtiyar Vahabzadənin yaradıcılığında Azərbaycanın bütövlüyü məsələsi, Türk dünyasının birliyi, türk dövlətləri arasında qarşılıqlı ictimai,mədəni əlaqlərin güclənməsi fikri əsas təşkil edir. Read the rest of this entry »
Oxunma sayı: 259Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəylinin doğum günüdür.
Milli qəhrəman 1964-cü ilin bu günü Bakı şəhərində doğulub
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəylinin doğum günüdür. Verilən nəlumata görə, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində doğulub. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə yola düşüb. Read the rest of this entry »
Oxunma sayı: 228Milli qəhrəmanımız Əhməd Abdullayev
Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadanolub.
1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanskiadına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.
1992-ci ildə təhsilini davam etdirməkməqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademyasında təhsilinidavam etdirib. Read the rest of this entry »
“Digər ölkələr Xocalı soyqırımına biganə qalmamalıdırlar”- Pakistan
Azərbaycanın Pakistandakı səfiri Daşqını Şikarov Pakistan senatının sədr müavini Mir Can Camali, senatın xarici əlaqələr komtəsi, informasiya və yayım komitəsi, qaydalar və imtiyazlar komitəsinin sədrləri, hakim Xalq Partiyasının baş katibi, habelə senatın digər komitələrinin nümayəndələrindən ibarət bir qrup senatorlarla görüşüb.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səfir D. Şikarov çıxış edərək, senat tərəfindən Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımını ittiham edən qətnaməni qəbul etdiklərinə görə həmsöhbətlərinə minnətdarlığını bildirib. Read the rest of this entry »
Oxunma sayı: 124